Yeni icra başçısı daha 3 nəfəri işdən çıxardı
1677
06 Jan 2026 | 13:51

Yeni icra başçısı daha 3 nəfəri işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib.
 
Moderator.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
 
Əmrlərə əsasən, Baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin Baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.
 
Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.
 
Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər