Abşeronun bu ərazilərində işıq kəsiləcək
1584
06 Jan 2026 | 13:47

Abşeronun bu ərazilərində işıq kəsiləcək

Yanvarın 6-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində təmir işləri aparılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:00-dan saat 15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər