Nazirdən yeni təyinat - Misir Mərdanovun bacısı oğluna vəzifə verildi
Cəmiyyət
1678
06 Jan 2026 | 12:16

Nazirdən yeni təyinat - Misir Mərdanovun bacısı oğluna vəzifə verildi

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.
 
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.
 
Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.
 
Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.
 
Qeyd edək ki, rəis təyin olunan A.Qocayev sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun bacısı oğludur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər