Bizi sosial şəbəkələrdən izləyin:
"Bakı Avtomobil Sənaye" ASC ləğv olunduğunu elan edib.
Bu barədə şirkət məlumat yayıb.
Qeyd edilib ki, ləğv ilə əlaqədar olaraq kreditorlar iki ay ərzində tələblərini paytaxtın Xətai rayonu, Zığ şosesi, 4 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Bakı Avtomobil Sənaye" ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Sadıq Əliyev, nizamnamə kapitalı 3 186 830 manatdır. (iqtisadiyyat.az)