Sabiq nazir dövlətə olan iki milyon manatdan artıq borcunu ödəyib
Cəmiyyət
1580
06 Jan 2026 | 09:51

Sabiq nazir dövlətə olan iki milyon manatdan artıq borcunu ödəyib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil olan şirkətlərdən biri olan "Improtex Industries" MMC külli miqdarda vergi borcunu ödəyib.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, "Improtex Industries" MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.
 
Bildirilib ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.
 
Qeyd edək ki, "Improtex" qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.
 
Hazırda şirkətlər qrupuna "Improtex Trucks & Buses", "Improtex Industries", "Improtex Motors" və "Imagro" kimi törəmə şirkətlər daxildir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər