"Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni qanuni təmsilçi təyin edilib.
Moderator.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Samir Vaqif oğlu Qibləliyev "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Samir Qibləliyev uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayətlərdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.
