9.9 min nəfərdən çox gənc mütəxəssisin kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması məqsədilə 20.1 milyon manat ayrılıb.
Moderator.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.
Bildirilib ki, sözügedən məbləğ onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlərin, yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün nəzərdə tutulub.
Qeyd olunub ki, həmçinin 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212.8 milyon manat vəsait xərclənəcək.