Bizi sosial şəbəkələrdən izləyin:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.
Moderator.az xəbər verir ki, yeni svetoforlar bu yollarda istifadəyə verilib:
1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;
2. Xətai rayonu, “NZS” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;
3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.
Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.