Biləsuvar və Lənkəranda işıq olmayacaq
Cəmiyyət
1369
05 Jan 2026 | 09:33

Biləsuvar və Lənkəranda işıq olmayacaq

Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 meqavat gücündə transformatorda təmir işi aparılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
 
Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli, Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Lənkəran EŞ-nin ərazisində 35 kV-luq "Hirkan" hava xəttində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbələri, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
 
Qeyd olunub ki, təmir və gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər