14:00
12°C
Bakı
Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
Moderator.az xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir.
Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.