Moskva-Gəncə aviareysinin yubanmasının səbəbi açıqlandı
Cəmiyyət
1464
03 Jan 2026 | 15:18

Moskva-Gəncə aviareysinin yubanmasının səbəbi açıqlandı

Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus "U6 2411" Moskva-Gəncə və "U6 2412" Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə RF paytaxtındakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, "U6 2411" nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.
 
Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.
 
Hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.
 
Reyslə bağlı daha ətraflı məlumat almaq üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.
 
Link kopyalandı!
Son xəbərlər