Gözünü və böyrəyini itirən qazi vəfat etdi - FOTO
Cəmiyyət
1502
03 Jan 2026 | 11:11

Gözünü və böyrəyini itirən qazi vəfat etdi - FOTO

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib.

Moderator.az “Gencexeber”ə istinadən xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər