Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabərləşir.
Moderator.az “Xəzər TV”yə istinadən xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq.
Bundan sonra ölkədə qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. 2021-ci il iyulun 1-dən isə ölkədə kişilərin pensiya yaş həddi 65-dir.
Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov təklif edir ki, bir sıra Avropa ölkələrində, eləcə də inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da pensiya yaşına diferensial yanaşma tətbiq olunsun:
“Pensiya yaşı müəyyənləşdirilən zaman yalnız kəmiyyət göstəricilərindən deyil, həm də keyfiyyət göstəricilərindən istifadə olunmasını məqsədəuyğun hesab edirik. Yəni yaşla uyğun deyil, həm də bir sira keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardi. Məsələn, tək qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur, eyni zamanda, uşaqların sayına görə pensiya yaşının azaldılmasına baxılması məqsədəuyğun olardı”.
Vüqar Bayramov bildirib ki, qadınların daha tez pensiyaya çıxmasının təmin edilməsi ilə bağlı da təkliflər aidiyyəti üzrə təqdim edilib.
Daha ətraflı videoda: