20:50
3°C
Bakı
Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan uşağın durumu bəlli olub.
Moderator.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.
Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir.
(oxu.az)