“Azca gəzən kimi yoruluram, təzyiqim düşür” - 84 yaşlı Ofeliya Sənani səhhətindən danışdı
1696
02 Jan 2026 | 15:55

“Azca gəzən kimi yoruluram, təzyiqim düşür” - 84 yaşlı Ofeliya Sənani səhhətindən danışdı

“Bütün günü evdə oluram. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm”.
 
Moderator.az xəbər verir ki, bBunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
 
Səhhətindən gileylənən diktor bildirib ki, yeriməkdə çətinlik çəkir:
 
“Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Qan təzyiqim tez-tez düşür, qalxır. İynələr vurulur, heç nə təsir etmir. Görünür, yaş öz sözünü deyir. Özümü o qədər də yaxşı hiss etmirəm. Çalışıram ki, başımı nə iləsə qatım”.
 
Ofeliya Sənani bildirib ki, zəif qidalanır:
 
“Əvvəlki kimi iştaham yoxdur, az yeyirəm”.
 
Xatırladaq ki, 84 yaşlı Xalq artisti bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər