Cəlilabadın dağlıq kəndlərinə qar yağıb
Cəmiyyət
241
15:15, Bu gün

Cəlilabadın dağlıq kəndlərinə qar yağıb

Cəlilabad rayonunun dağlıq kəndlərinə mövsümün ilk qarı yağıb.
 
Moderator.az xəbər verir ki, qar rayonun əsasən dağlıq hissədə yerləşən - Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağıb.
 
Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyünün qalınlığı 25 sm-ə çatıb.
 
Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur və qar yağmaqda davam edir.
 
Yerli sakinlərin sözlərinə görə, adətən mövsümün ilk qarı rayon ərazisinə dekabr ayı düşüb. Bu il isə ilk qar bir qədər gec yağıb.
 
Link kopyalandı!
Son xəbərlər