Xankəndiyə gedən turistlətin sayı artıb - VİDEO
Cəmiyyət
240
16:57, Bu gün

Xankəndiyə gedən turistlətin sayı artıb - VİDEO

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli və xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.

Moderator.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gedən qonaqların sayında xeyli artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndiriblər.

Bərdə rayon sakini, Xankəndiyə qonaq gələn Fəzail Səfərov bayram təəssüratını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır:

"Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq."

Füzulidən Xankəndiyə gedən Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb:

"Xankəndidə bayram tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır".

Xocalı rayonu sakini olan, Goranboydan gedən Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib:

"Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir andır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhvali-ruhiyyəni daha da artırır.

Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.

 

Link kopyalandı!
Son xəbərlər