90 yaşlı Əlisa Nicat görün nələr danışdı:
Cəmiyyət
191
13:07, Bu gün

90 yaşlı Əlisa Nicat görün nələr danışdı: "Hər səhər..."

Tanınmış yazıçı Əlisa Nicat sağlam qalmasının sirrindən danışıb.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, yazıçı gündəlik qida rasionunu sadə, lakin keyfiyyətli məhsullar üzərində qurduğunu bildirib.
 
Onun sözlərinə görə, hər səhər balaca bir paxlava və bir ədəd qaynadılmış yumurta yeyir:
 
“Çalışıram ki, az olsun, amma keyfiyyətli qida qəbul edim”.
 
Əlisa Nicat deyib ki, günorta yeməyində əsasən təzə toyuğa üstünlük verir:
 
“Toyuğun sümüyü ağ olmalıdır. Əgər qaradırsa, onu yeməyin. Eyni zamanda üzüm yemək də faydalıdır”.
 
Yazıçı axşam saatlarında isə evdə olan, asan həzm olunan qidalar qəbul etdiyini qeyd edib. Onun fikrincə, sağlam qidalanmada əsas şərtlərdən biri də yeməyi yaxşı çeynəməkdir:
 
“Əsas məsələ odur ki, nə yeyirsənsə, ağzında yaxşı çeynəyəsən”.
 
Əlisa Nicat vurğulayıb ki, hazırda 90 yaşı var və buna baxmayaraq yaddaşı ilə bağlı heç bir problem yaşamır.
 
Link kopyalandı!
Son xəbərlər