Azərbaycanın bu rayonlarına güclü qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət
290
12:18, Bu gün

Azərbaycanın bu rayonlarına güclü qar yağır - FAKTİKİ HAVA

Yanvarın 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, yanvarın 1-i saat 11:00-a olan məlumatına əsasən gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb.
 
Qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib.
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər