DOST xidmətlərinin sayı bu gündən artdı
Cəmiyyət
274
12:05, Bu gün

DOST xidmətlərinin sayı bu gündən artdı

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı bu gündən artaraq 160-dan 162-yə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.
 
Bu xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.
Link kopyalandı!
Son xəbərlər