Xankəndidə Yeni il tədbiri təşkil olundu
Cəmiyyət
277
20:39, Bu gün

Xankəndidə Yeni il tədbiri təşkil olundu

Xankəndi şəhər mərkəzində artıq üçüncü ildir ki, Yeni il tədbiri təşkil olunub.

Moderator.az xəbər verir ki, vaxtilə işğal altında olmuş bu məkanda bu gün azad və təhlükəsiz şəraitdə minlərlə insan bir araya gəlib.

Açıq havada keçirilən yarmarka musiqi, işıqlandırma və əyləncə proqramları ilə yadda qalıb. Ailələr və uşaqlar üçün yaradılan xüsusi zonalar tədbirin əhatə dairəsini daha da genişləndirib.

Xankəndidə keçirilən bu bayram şəhərin azad edildikdən sonra dirçələn ictimai həyatının bariz nümunəsidir.

Link kopyalandı!
Son xəbərlər