Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi
1407
31 Dec 2025 | 20:13

Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi

Tovuz Gömrük İdarəsinə rəis əvəzi təyin edilib.

Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Firdovsi Əbilov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən təyin olunub.

Qeyd edək ki, Firdovsi Əbilov bu təyinata qədər Lənkəran Gömrük Postunun rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Pərviz Qədirov bir neçə gün əvvəl təqaüdə göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər