Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq gündüz saatlarından etibarən Bakıda xüsusi canlanma müşahidə olunur.
Moderator.az PhotoStock.az-a istinadən xəbər verir ki, şəhər bayram ab-havasına bürünüb, küçələrdə parlaq işıqlar yanır, vitrinlər rəngarəng bəzəklərlə diqqət çəkir.
Paytaxtın bu gözəlliyini sakinlərlə yanaşı, şəhərimizin qonaqları da böyük həvəslə izləyirlər. Bəzi insanlar asudə vaxtını bəzədilmiş küçələrdə keçirir, bəziləri isə tələsik addımlarla son bayram hazırlıqlarını görür.
Yeni ilə bir neçə saat qalmış Bakı şəhərindən fotoreportajı təqdim edirik:



