Professorluğu əlindən alınan rektorla bağlı MARAQLI MƏLUMATLAR
Cəmiyyət
203
18:20, Bu gün

Professorluğu əlindən alınan rektorla bağlı MARAQLI MƏLUMATLAR

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verib.
 
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
 
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
 
Əminağa Sadıqovla bağlı maraqlı faktları təqdim edirik:
 
Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunub, 1985-ci ildə adı çəkilən universiteti bitirib. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və texnika elmləri doktoru alimlik dərəcəsini alıb.
 
2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib.
 
1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləyib. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub. 10 fevral 2025-ci ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.
 
Ana dilindən başqa ingilis, rus, türk və ukrayin dillərini bilir.
 
Evlidir, 1 qızı və 2 oğlu var.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər