BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata təmir olunacaq
Cəmiyyət
142
18:09, Bu gün

BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata təmir olunacaq

Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işləri ilə bağlı satınalma həyata keçirib.
 
Oxu.Az xəbər verir ki, müvafiq satınalmanın qalibi "Koneks Construction" MMC olub.
 
Tenderin məbləği 23 milyon 489 min 887.57 manat təşkil edir.
 
Layihə çərçivəsində binada genişmiqyaslı söküntü işlərinin aparılması nəzərdə tutulur. Bunlara bütün mərtəbələr üzrə 100 mm, 200 mm və 400 mm qalınlıqda kərpic divarların sökülməsi, kürsü mərtəbəsində 15 sm qalınlıqda dəmir-beton pilləkənlərin demontajı, fasadın sağ və sol hissələrində pəncərə yerlərinin açılması daxildir.
 
Eyni zamanda, yararsız vəziyyətdə olan taxta və plastik asma tavanların, alçıpan örtüklərin, eləcə də bütün mərtəbələr üzrə taxta döşəmə örtüklərinin sökülməsi də təmir işlərinin tərkib hissəsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər