Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat ayrıldı
Cəmiyyət
450
17:58, Bu gün

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat ayrıldı

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) 210 çarpayılıq binasının tikintisinin davamı üzrə 3-cü mərhələ işlərinin icrasına dair satınalma həyata keçirib.
 
Oxu.Az xəbər verir ki, tenderin qalibi "Uni Ko" QSC olub. Layihənin məbləği 9 milyon 458 min 301.2 manat təşkil edir.
 
İşlər çərçivəsində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aid çoxmərtəbəli binalarda müxtəlif tikinti əməliyyatlarının aparılması nəzərdə tutulur. Bunlara 25 metrədək hündürlüyə malik binalarda sütunların, tirlərin, mərtəbəarası rigellərin və örtüklərin quraşdırılması daxildir.
 
Eyni zamanda, metal yanğın pilləkənlərinin montajı, metal səthlərin astarlanması və rənglənməsi, həmçinin tutacaqsız metal məhəccərlərin qurulması işləri də layihə üzrə icra olunacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər