19:53
5°C
Bakı
Sumqayıt şəhərinin bəzi ərazilərində 11:00-dan etibarən qaz təchizatında fasilə yaranıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Məlumata görə, buna səbəb şəhərin "Yaşıldərə" yaşayış massivinin bir hissəsində diametri 89 millimetr qaz xəttində aşkar olunmuş sızmalardır. Sözügedən problemin aradan qaldırılması məqsədilə qaz xəttində təmir-bərpa işləri aparılacaq.
"Ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək", - məlumatda qeyd olunub.