18:59
4°C
Bakı
Ticarət şəbəkələrində satışa çıxarılan Yeni il ilə bağlı hədiyyə qutuları və məhsullar üzrə monitorinqlər davam etdirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin 11-27 dekabr tarixlərində keçirilən yoxlamalar zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün qeyd aparılmadığı müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.