Həcc ziyarəti ilə bağlı ÇAĞIRIŞ: Sənəd qəbulunun yekunlaşacağı vaxt AÇIQLANDI
Cəmiyyət
269
15:59, Bu gün

Həcc ziyarəti ilə bağlı ÇAĞIRIŞ: Sənəd qəbulunun yekunlaşacağı vaxt AÇIQLANDI

Azərbaycandan həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu gələn il fevralın 15-də başa çatacaq.
 
Bu barədə Moderator.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
 
 
"Vətəndaşlardan xahiş edirik ki, yanvarın 5-dən etibarən müraciət edib qeydiyyata alınsınlar. Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin tələbinə əsasən, həcc ziyarəti ilə bağlı bütün prosedurlar tez başa çatmalıdır. Yəni onların tələblərinə əsasən, bütün dünyada kvota dolsa da, dolmasa da, sənəd qəbuluna 2026-cı il fevralın 15-də yekun vurulacaq", - deyə qurum rəsmisi əlavə edib.
 
Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər