Bu il MİQ imtahanında işlə təmin olunanların sayı açıqlandı
Cəmiyyət
127
14:10, Bu gün

Bu il MİQ imtahanında işlə təmin olunanların sayı açıqlandı

2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.
 
Bildirilib ki, 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.
 
Bundan başqa 2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazanan isə 16 587 nəfər olub.
 
Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
 
Link kopyalandı!
Son xəbərlər