Bizi sosial şəbəkələrdən izləyin:
Yanvarın 2-də, saat 10:00-dan Bakının Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına qədər hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Yol bağlanmır. Hərəkətin məhdudlaşdırılması işlər bitənə qədər, qısa müddət ərzində qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.