Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənildi
Cəmiyyət
183
12:10, Bu gün

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənildi

Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.
 
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb. Birdəfəlik maddi yardımlar ümumilikdə 76103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.
 
Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.
Link kopyalandı!
Son xəbərlər