Sumqayıtda 600 abonentin qazı KƏSİLƏCƏK
Cəmiyyət
291
10:42, Bu gün

Sumqayıtda 600 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.
 
Moderator.az bildirir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
 
Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər