İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib - FOTO
Cəmiyyət
387
29 Dec 2025 | 21:30

İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, "AZCON Holding" şirkətlərindən olan "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.

Moderator.az xəbər verir ki, dekabrın 29-da Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz radio-televiziya yayım stansiyalarının işi bərpa edilib.

Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.

Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib

Link kopyalandı!
Son xəbərlər