Cəmiyyət
145
20:37, Bu gün

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - Şabranda illərdir hökm sürən problem niyə həll edilmir? - VİDEO

Şabran şəhərinin Fikrət Əmirov və bir neçə digər küçəsində yollar yararsız vəziyyətə düşüb.

Burada yaşayan sakinlər xüsusilə qarlı və yağışlı günlərdə ciddi çətinliklərlə üzləşirlər.

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir. Yağış yağanda kanalizasiya xətləri dolur, hərəkət etmək mümkün olmur. Taksi çağıranda isə etiraz edir, gəlmək istəmirlər", - deyə sakinlərdən biri narazılığını bildirib.

Başqa bir sakin isə qeyd edib ki, yollarda çoxlu çalalar yaranıb: "Su yığılır, maşınlar keçəndə altı dəyir. Bəzən elə olur ki, avtomobillər hərəkət edə bilmir, yolda batıb qalır".

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Orxan Kərimov bildirib ki, hazırda şəhərin 5 küçəsində təmir işləri aparılır.

Onun sözlərinə görə, Əliağa Vahid küçəsində asfaltlanma işləri davam edir: "Fikrət Əmirov küçəsi və ona yaxın digər küçələrdə cari təmir işləri görüləcək. Asfaltlanma isə növbəti mərhələdə, vəsait olduğu təqdirdə nəzərdə tutulur".

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Link kopyalandı!
Son xəbərlər