Son günlər Ağdamın işğaldan azad olunmuş Kəngərli kəndində evlərdə penoplastdan istifadə edildiyi və üzlüyün yanğın təhlükəsi yaratdığına dair iddia yayılıb.
Bununla bağlı müvafiq qurumlara yeni inşa olunacaq evlərdə təhlükəsizliyə görə bu materialdan istifadə etməmək çağırışı edilib.
Halbuki müvafiq qurumlar tərəfindən yerində aparılan baxış, fotomateriallar və texniki sənədlərin təhlili göstərir ki, material penoplast deyil. Bu, istilik izolyasiya materialı ekstruziya olunmuş polistirol köpükdür.
Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti İdarəetmə Xidmətinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Ramin Quliyev bildirib ki, Kəngərli kəndində fərdi yaşayış evləri tikinti norma və qaydalarına uyğun şəkildə inşa olunub:
"Burada istifadə edilən istilik izolyasiyası materialı layihə tələblərinə uyğun olaraq yanğınadavamlılıq xüsusiyyətinə malik olmaqla müvafiq keyfiyyət sertifikatlarına malikdir və Q1 (alovlanmayan) sinfinə aid olan materialdır. Üzərinə çəkilmiş fasad suvaq-izolyasiya qatı isə onu açıq alovdan tam şəkildə mühafizə edir. Vətəndaş yanğın təhlükəsizliyi ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyib və nəticədə bu hal baş verib".
Daha ətraflı Baku TV-nin videomaterialında: