Azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılacaq
Cəmiyyət
769
16:38, Bu gün

Azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılacaq

Azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair keyfiyyət və kəmiyyət əsaslı tədqiqat aparılacaq.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2026 – 2028-ci illər işğaldan azad edilmiş ərazilərə köçürüləcək qadınların rəqəmsal bilik və bacarıqlarının artırılmasını təmin etməlidir.

Eyni zamanda 2026–2028-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə işğaldan azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair keyfiyyət və kəmiyyət əsaslı tədqiqat aparılmasını təmin etməlidir.

Link kopyalandı!
Son xəbərlər