17:16
8°C
Bakı
Azərbaycanda aliment ödəyən şəxslərin sayı məlum olub.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda icra qurumlarının icraatında 130 mindən çox aliment işi mövcuddur.
Məlumata görə, aliment ödəyən şəxslər arasında qadınlar da var.
“Aliment ödəyənlərdən 2700 nəfərə yaxını qadındır”, - nazirlikdən bildirilib.
Aliment ödəməkdən imtina etdiyinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərlə bağlı statistikaya gəlincə, Ədliyyə Nazirliyindən qeyd olunub ki, bu göstəricilər rüblük əsasda formalaşdırılır:
“2025-ci il üzrə yekun məlumatların isə 2026-cı ilin əvvəlində təqdim olunması nəzərdə tutulur”.