Qırqovula görə 1000 manat cərimələndi
Cəmiyyət
339
13:42, Bu gün

Qırqovula görə 1000 manat cərimələndi

Qəbələ sakini Məmməd Hüseynov (ad-soyad şərtidir) qırqovul quşunu ovladığı üçün məhkəməlik olub.

Qəbələ Rayon Məhkəməsində Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 1000 manat məbləğində cərimələnib.

Məmməd Hüseynov ifadəsində bildirib ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Solquca kəndində yaşayır və heç yerdə işləmir.

Maddi imkanı olmadığını bildirən kənd sakini ovu azuqə məqsədilə etdiyini bildirib. Evinin yaxınlığındakı meşəlik ərazidə kustar üsulla tələ quraraq yabanı çöl heyvanları ovlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş məlumata əsasən, bir ədəd “Zaqafqaziya qırqovul”nun qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş zərər 22 manat təşkil edir.

Ovlanmış qırqovula baxış keçirilən zamanı quş ətinin iyləndiyi, insan qidası üçün yararsız olduğu müəyyən edilib və məhv olunaraq basdırılıb.

 

(Teleqraf)

Link kopyalandı!
Son xəbərlər