Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI
Cəmiyyət
419
10:11, Bu gün

Bu ərazidə yeni svetoforlar quraşdırıldı – Həmişə qəza şəraiti YARANIRDI

Kəsişmədə yaranan qəza şəraiti aradan qaldırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.


Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Link kopyalandı!
Son xəbərlər