Misir Mərdanov vəzifəsini itirib?
Cəmiyyət
223
19:54, Bu gün

Misir Mərdanov vəzifəsini itirib?

Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanovun vəzifəsini itirdiyi barədə xəbərlər yayılıb. 
 
Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə və bir sıra saytlarda xəbərlər yayılıb.
 
Qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.
 
Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb. Misir Mərdanov yeni qurumun rəhbərliyində təmsil olunmayıb.
 
Yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. "Editor.az" saytı sözügedən şəxsin texnika elmləri doktoru Elxan Səbziyev olduğunu bildirir.
 
Xəbərlə bağlı Misir Mərdanovun özü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər