Bakıda buludlu, dağlıq ərazilərdə qar: Həftənin ilk iş gününün HAVASI
Cəmiyyət
517
12:48, Bu gün

Bakıda buludlu, dağlıq ərazilərdə qar: Həftənin ilk iş gününün HAVASI

Azərbaycanda dekabrın 29-na olan hava proqnozu açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər