Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
Cəmiyyət
756
13:35, Bu gün

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən Moderator.az-a verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 25 dekabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 45 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilibAli Məhkəmə Plenumunun növbəti iclası keçirilibAli Məhkəmə Plenumunun növbəti iclası keçirilibAli Məhkəmə Plenumunun növbəti iclası keçirilib

Link kopyalandı!
Son xəbərlər