Ağdərənin Vəngli kəndinə daha 44 nəfər qayıdıb - FOTO - YENİLƏNİB
Cəmiyyət
905
14:55, Bu gün

Ağdərənin Vəngli kəndinə daha 44 nəfər qayıdıb - FOTO - YENİLƏNİB

Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla, ümumilikdə, 44 nəfər köçürülüb.

Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün Qarabağda başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb. Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.

12:10

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç yola salınıb.

Moderator.az xəbər verir ki, Ağdam rayonunun Dördyol ərazisindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Bu mərhələdə Vəngli kəndinə 10 ailə - 44 nəfər köçürülür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər