İcra başçısı müavinini işdən çıxartdı - FOTO
Cəmiyyət
388
10:20, Bu gün

İcra başçısı müavinini işdən çıxartdı - FOTO

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı olub.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.

Fotoda Ramiz Quliyev

İcra başçısı müavinini işdən çıxartdı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər