Azərbaycan Prezidenti olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüşdü - VİDEO
Cəmiyyət
273
18:50, Bu gün

Azərbaycan Prezidenti olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüşdü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova ilə söhbət edib.

Moderator.az xəbər verir ki, İlham Əliyev idmançıdan hazırda stend atıcılığı üzrə ölkədəki vəziyyətlə maraqlanıb.

"Bildiyimə görə, bizdə atıcılıq sahəsində səndən sonra tənəzzül gedir", - Azərbaycan Prezidenti deyib.

"Hazırlaşırıq. Biz hazırlaşırıq və mən ümid edirəm ki, hər şey yaxşı olacaq. İndi biz bütün hər şeyi planlaşdırırıq və düşünürəm ki, hər şey yaxşı olmalıdır", - Z.Meftahətdinova cavab verib.

İ.Əliyevin zarafatla idmançıya verdiyi "Bəs bizdə ikinci Zema olacaq?" sualını Z.Meftahətdinova təbəssümlə: "Gözləyirik", - deyə cavablandırıb.

 

Link kopyalandı!
Son xəbərlər