Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, Təhminə Əlistan qızı Şəbəndəyeva Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi təyin edilib.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Təhminə Şəbəndəyeva buna qədər Göygöl Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub. O, artıq icra hakimiyyətindəki vəzifəsindən azad olunub.
Qeyd edək ki, Göygöl rayonunun icra başçısı da yeni təyin edilib. Belə ki, noyabrın 12-də Vüqar Novruzov Naftalanın icra başçısı vəzifəsindən azad olunaraq Göygöl rayonuna təyinat alıb.