Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və qazaxıstanlı həmkarı Oljas Bektenov Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birinə başsağlığı veriblər.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
Hökumət başçıları bir-birinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.