Tanınmış müğənni azadlığa buraxıldı
Cəmiyyət
252
15:02, Bu gün

Tanınmış müğənni azadlığa buraxıldı

Tanınmış müğənni Samir Salam azadlığa buraxılıb.
 
Moderator.az xəbər verir ki, o, amnistiyaya düşüb və həbsdən azad edilib.
 
Xatırladaq ki, S.Salam 2023-cü ilin mart ayında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Qeyd edək ki, S.Salam daha çox dini mahnılar səsləndirir. O, eyni zamanda ilahiyyatçı kimi fəaliyyət göstərir.
Link kopyalandı!
Son xəbərlər