Yerli icra hakimiyyəti başçısının tabeliyində olan MTKM-nin Nümunəvi Nizamnaməsi təsdiqləndi
Cəmiyyət
607
10:49, Bu gün

Yerli icra hakimiyyəti başçısının tabeliyində olan MTKM-nin Nümunəvi Nizamnaməsi təsdiqləndi

Baş nazir Əli Əsədov yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar imzalayıb.
 
Moderator.az xəbər verir ki, qərara əsasən, "Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq olunub.
 
Həmçinin qərarda aşağıdakı məsələlər təsdiq olunub:
 
- Şəhər icra hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (MKTM) nümunəvi strukturu və ştat vahidləri;
 
- Rayon icra hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri;
 
- Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri;
 
- Naxçıvan Muxtar Respublikasının rayon icra hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri.
 
Sənədə görə, mənzil-kommunal təsərrüfatı müəssisəsinin nizamnamə kapitalı yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil- kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların əmlakı hesabına formalaşacaq.
 
Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.
Link kopyalandı!
Son xəbərlər